Meksikada silahlı hücum zamanı 11 nəfər həlak olub
Meksikada silahlı hücum zamanı 11 nəfər həlak olub
Meksikada silahlı hücum zamanı 11 nəfər həlak olub

ÜMİDTV: Meksikanın Xalisko ştatında silahlı hücum nəticəsində on bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Bu barədə “RİA Novosti” xəbər verir.
Regional prokurorluq araşdırmanın aparıldığını bildirib.
"Emiliano Sapata küçəsinin səkisində odlu silahdan açılan atəşlə öldürülmüş 10 kişinin meyiti aşkarlanıb. Bundan başqa, evlərdən birində həddi-buluğa çatmamış kişi aşkarlanıv. Onun da bədənində odlu silahdan açılan atəşdən xəsarətlər var", - Xalisko ştatının Prokurorluğunun saytındakı bəyanatda deyilir.