Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var
Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var
Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var

ÜMİDTV: Çinin şimal-şərqində Qirin (Szilin) şəhərində kimyəvi lif istehsalı üzrə zavodda zəhərli qaz sızmasına görə beş işçi həlak olub, daha səkkiz nəfər zərər çəkib.
Bu barədə bazar günü paytaxtın "Sinszinba" qəzeti bildirib.
Nəşrin məlumatına görə, fövqəladə hadisə yerli vaxtla saat 21:30-da (Bakı vaxtı ilə saat 17:30-da) olub. Araşdırmanın ilkin nəticələrinə əsasən, hadisəyə sexlərdən birində ventilyasiya avadanlığının qəfil sınması səbəb olub.
Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını müəyyənləşdirir, istintaq aparılır.