Ermənistanda koronavirusa yoluxanların sayı 172 216-ya yüksəlib
Ermənistanda koronavirusa yoluxanların sayı 172 216-ya yüksəlib
Ermənistanda koronavirusa yoluxanların sayı 172 216-ya yüksəlib

ÜMİDTV: Ermənistanda son sutkada daha 158 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 172 216-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 195-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 815 nəfərdir. İndiyədək 163 511 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 693 aktiv koronavirus xəstəsi var.