ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub
ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub
ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub

ÜMİDTV: Yuta ştatından olan respublikaçı senator Mitt Romni həftəsonu yıxılaraq huşunu itirəndən sonra qısa müddətə xəstəxanaya yerləşdirilib.
TASS-a xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.
“Yıxıldım, huşumu itirdim, amma indi durumum yaxşıdır”, - qəzet senatordan sitat gətirib.
Romni xəstəxanada üzünə bir neçə tikiş qoyulduğunu da əlavə edib. 73 yaşlı senator Bostondakı qohumlarını ziyarət edərkən huşunu itirdiyini söyləyib.