Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb

Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb

Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb

ÜMİDTV:          "İstər Vətən müharibəsi dövründə, istərsə də Zəfərdən sonrakı zamanda xaricdə yaşayan soydaşlarımız daimi dövlətimiz və ordumuzla birlikdə olduqlarını müxtəlif formatlarda ifadə ediblər. Müharibə dövründə dövlətimizə və müharibədən zərər çəkmiş mülki vətəndaşlarımıza dəstəklərini ifadə edən soydaşlarımız, tarixi qələbəmizdən sonra da qazilərimizə mümkün dəstəyi göstərirlər".

 

Bu barədə KİV-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Domitənin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında fəaliyyət göstərən Azərbaycan diasporu adından Vətən müharibəsində sağlamlığını itirmiş qazilər üçün ölkəmizə gətirilmiş əlil arabaları da diaspor-dövlət birliyinin daha bir nümunəsidir.

 

Əlil arabaları qazilərə çatdırılması üçün müxtəlif qurumlara təhvil verilir. Belə ki, qazilərə paylanılması üçün Salyan rayon İcra Hakimiyyətinə 8 ədəd, Oğuz rayon icra hakimiyyətinə 5 ədəd, Sabunçu rayonundan seçilmiş millət vəkilinə 5 ədəd, Göyçay rayonundan seçilmiş millət vəkilinə 5 ədəd və Yaşat Fonduna 13 ədəd araba təhvil verilib.

Qeyd edək ki, əlil arabalarından 60 ədədi də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb.