Demokratik ənənələrin inkişafı - Aygün Şabiyeva - Yardımlı

ÜMİDTV: Bu gün ölkənin lider partiyası olan Yeni Azərbaycan Partiyası öz demokratikliyi, humanizm ideyaları ilə fərqlənən partiyadır.
Bu sözləri, Yardımlı rayon YAP Qadınlar Şurasının sədri Aygün Şabiyeva umidtv.com saytına müsahibəsində bildirib.
Müsahibimiz qeyd etdi ki, "YAP hər zaman xalqımızın həyatında baş verən bütün taleyüklü məsəllərin həlli yolunda dönməz əqidə,Vətən, xalq sevgisi ilə fədakarlıq göstərmişdir. Öz ədalətli və səmərəli fəaliyyəti ilə Azərbaycanın çiçəklənməsi istiqamətində atdığı mühüm addımlarla YAP daim quruculuğun önündə addımlamışdır.
Azərbaycan vətəndaşlarının rəğbətini qazanan,insanların kütləvi şəkildə sıralarına qoşulduğu bu hakim partiya fəal,əqidəli və Azərbaycan hədəflərinə doğru gedən yolda qətiyyətli üzvlərinin zəhmətinin bəhrəsidir. Əldə edilən, qazanılan uğurlarla Azərbaycan dövlətini,onun iqtisadiyyatını, tərəqqisini,beynəlxalq arenadakı nailiyyətlərini, bölgədə və dünyada artan nüfuzunu yarandığı gündən qorumuş, Azərbaycan dövlətinin həyatını yaşamışdır.
YAP-ın bu uğurları ,bu gücü, təbii ki, Heydər Əliyev şəxsiyyətinin, O şəxsiyyətin Azərbaycan üçün gördüyü işlərlə, eyni zamanda işıqlı gələcək üçün müəyyənləşdirdiyi siyasi xətlə birbaşa bağlıdır. Partiya üzvləri öz potensiallarını partiyanın sıralarında daha yaxşı gerçəkləşdirə bilirlər.Belə ki,Azərbaycandakı mövcud siyasi təşkilatların içərisində yalnız YAP heç bir partiya üzvü olmayan vətəndaşlara diqqət və qayğı göstərir və bu birmənalıdır.Yeni Azərbaycan Partiyasında təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Partiyanın milli maraqlara əsaslanan siyasət həyata keçirməsi,vətəndaşlara xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar vətəndaşların YAP-a üz tutmasını şərtləndirən amillərdir. Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən,əvəzsiz qələbələr qazanan İlham Əliyevin xalqımız və Vətənimiz üçün gördüyü möhtəşəm işlər YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarına çevrilmişdir.
Bugünkü nailiyyətlərin təşkilatçısı, iştirakçısı, hərəkətverici, aparıcı qüvvəsi kimi çıxış edən YAP-ın sıralarında siyasi yolu, ideologiyanı, inkişaf yolunu görməmək mümkün deyil. Azərbaycanın regionda və dünyada tutduğu mövqeyin, qazandığı nüfuzunun, artan gücünün şahidiyik.Yaşadıqlarımız və qazandıqlarımızla qürur hissi keçiririk. YAP-ın VII qurultayında demokratik inkişafa əsaslanan.Cənab Prezident geniş nitq söyləmişdir: "Ümumi məsələlər Qarabağ məsələsidir.
Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir,demokratiyanın inkişafıdır,iqtisadi azadlıqların bərqərar olmasıdır,ölkəmizin güclənməsidir...",-fikrini hər bir azərbaycanlıya ünvanlayan Prezident Azərbaycan naminə yaşamağın dəyərlərini və fəxarətini möhtəşəm nitqlə çatdırırdı. "Biz birlikdə güclüyük"şüarı milli birliyimizin simvoluna çevrilərək,6 siyasi partiyanın dövlət və milli maraqlar naminə YAP-a birləşməsində əsas rol oynamışdır. Bu isə YAP-ın gücünden,etibar və inamından irəli gəlir."
Yardımlı rayon YAP Qadınlar Şurasının sədri Aygün Şabiyeva