Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu
Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu
Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

ÜMİDTV: Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.
“Hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.
İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.
Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.