AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

AQTA: Ən çox nöqsan Xətaidə aşkarlanıb

ÜMİDTV:    Fevralın 1-dən martın 7-dək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 22 642 monitorinq həyata keçirib və 1 109 nöqsan aşkar edib.

Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunan nöqsanlar aşağıdakılardır:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %);
- Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 124 (11%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkarlanıb.