“Forbes”: Son bir ildə Bidzina İvanişvilinin sərvəti 1,5 milyard dollar azalıb
“Forbes”: Son bir ildə Bidzina İvanişvilinin sərvəti 1,5 milyard dollar azalıb
“Forbes”: Son bir ildə Bidzina İvanişvilinin sərvəti 1,5 milyard dollar azalıb

ÜMİDTV: ABŞ-ın “Forbes” jurnalı Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının təsisçisi, keçmiş baş nazir Bidzina İvanişvilinin sərvətini 3,3 milyard dollar səviyyəsində qiymətləndirib.
Gürcüstanın ən zəngin insanının var-dövləti il ərzində 1,5 milyard dollar azalıb.
Nəşrdə bildirilib ki, B.İvanişvilinin bu günə olan sərvəti son 11 il ərzində minimal həddə çatıb. O, planetin ən varlı insanlarının reytinqində 349-cu yerdən 906-cı yerə düşüb. Bu cür kəskin enmənin səbəbi açıqlanmır.
Qeyd edək ki, bu ilin yanvarın 11-də gürcü milyarder siyasəti və hakim partiya rəhbərliyini tərk edib. Bundan öncə o, sərvətinin böyük hissəsini rəhbərlik etdiyi “Kartu” xeyriyyə fonduna bağışlayıb.