Mehriban Əliyeva Şuşa şəhərindən videogörüntü paylaşdı
Mehriban Əliyeva Şuşa şəhərindən videogörüntü paylaşdı
Mehriban Əliyeva Şuşa şəhərindən videogörüntü paylaşdı

ÜMİDTV: Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.
"Əziz bacılar və qardaşlar!
Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"