Rusiyada daha 371 nəfər pandemiyanın qurbanı olub

Rusiyada daha 371 nəfər pandemiyanın qurbanı olub

Rusiyada daha 371 nəfər pandemiyanın qurbanı olub

ÜMİDTV:   Rusiyada son bir gündə daha 9 299 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 456 869 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 371 nəfər artaraq 94 659-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 069 395 nəfər sağalıb.