Koronavirusa qarşı peyvənd vurulan hərbçi öldü
Koronavirusa qarşı peyvənd vurulan hərbçi öldü
ÜMİDTV: Ukraynada koronavirusa qarşı Covishield peyvəndi vurulan hərbçi martın 23-də vəfat edib.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, İnna Odessa vilayətindəki hərbi hissələrdən birində xidmət edirdi.
İlkin məlumatlara görə, ölüm laxtalanma nəticəsində meydana gəlib.
Hərbçinin öldüyünü Ukrayna ordusunda da təsdiqlənib. Orada bildirilib ki, hərbçi işdənkənar vaxtı hərbi hissənin xaricində huşunu itirib. Onun həyatını xilas etmək cəhdləri baş tutmayıb.
Qadının martın 21-də peyvəndləndiyi bildirilir. Bundan sonra sağlamlıq vəziyyəti ilə bağlı heç bir şikayət bildirməyib, lakin hipertaniyadan əziyyət çəkib-çəkmədiyi dəqiqləşdirilir.