Bakının iki prospektində hərəkət məhdudlaşdırılır
Bakının iki prospektində hərəkət məhdudlaşdırılır
Bakının iki prospektində hərəkət məhdudlaşdırılır

ÜMİDTV: Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən bu ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.