Millimizin qapıçısı BİRİNCİ OLDU

Millimizin qapıçısı BİRİNCİ OLDU

Millimizin qapıçısı BİRİNCİ OLDU

ÜMİDTV:       "Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsinin ilk turundan sonra ən çox qurtarış edən qapıçıdır.

 

Bu barədə Ağdam klubunun sosial şəbəkə səhifələri məlumat yayıb.

 

"90 dəqiqə, 14 qurtarış, cərimə meydançasının daxilində 6 qurtarış" - deyə paylaşımda bildirilir.


 
Qeyd edilir ki, siyahıda "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç də yer alıb. Bosniya və Herseqovina yığmasının üzvü 5 qurtarışla 5-cidir.