Pandemiyanın vurduğu zərər TRİLYONLARLA ÖLÇÜLDÜ
Pandemiyanın vurduğu zərər TRİLYONLARLA ÖLÇÜLDÜ
Pandemiyanın vurduğu zərər TRİLYONLARLA ÖLÇÜLDÜ

ÜMİDTV: Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.
Bu barədə RİA "Novosti"yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.
"COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı", - S. Verşinin vurğulayıb.
O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi.