Misirdə yaşayış binası çökdü, ölənlər var
Misirdə yaşayış binası çökdü, ölənlər var
Misirdə yaşayış binası çökdü, ölənlər var

ÜMİDTV: Qahirənin şərqindəki 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ən azı 3 nəfər həlak olub.
Hadisə səbəbindən yaralanan 23 nəfər xəstəxanalara yerləşdirilib.
Hadisə Misir paytaxtının Omar bin əl-Xəttab rayonunda, Omar bin metro stansiyası yaxınlığında qeydə alınıb. Xilasedicilər hazırda dağıntı altında qalanların axtarışını davam etdirirlər.
Binanın çökməsinin səbəbi hələ ki açıqlanmır.