TƏCİLİ HÖKUMƏT HƏRƏKƏTƏ KEÇMƏLİDİR, ƏHALİNİN SOSİAL RİFAHI YAXŞILAŞDIRILMALIDIR !

OXUMAQDA FAYDA VAR ! Sünü bahalaşmanın qarşısı alınmalı, uşaq pulu bərpa edilməli, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində təcili təxirəsalınmaz tədbirlər görülməlidir.

TƏCİLİ HÖKUMƏT HƏRƏKƏTƏ KEÇMƏLİDİR, ƏHALİNİN SOSİAL RİFAHI YAXŞILAŞDIRILMALIDIR !

ÜMİDTV:       2020-ci il həm ağır, həm də uğurlu il kimi yaddaşımıza həkk olundu.  Ağır il ona görə oldu ki, insanların yaşam durumu ötən illərdən fərqli olmayaraq günü-gündən pisləşməyə başladı. Xoşagəlməz məmur vətəndaş münasibətləri ötən illərdən heç də fərqlənmədi. 

Uğurlu il ona görə oldu ki, Xalq bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşərək Vətən savaşını Qəhrəman Azərbaycan ordusunun sayəsində zəfərlə başa çatdırdı. Rus Sulhməramlıları Azərbaycan torpaqlarında ermənilərə xidmət etsə də,  inanırıq ki, yaxın zamanlarda Azərbaycanımızın ərazi bütövlüyü tam olaraq bərpa olunacaq.  

 

Hər birimiz bilirik ki, Vətən savaşında bu Zəfəri bizə yaşadan əsasən aztəminatlı ailələrin övladları, kredit borcu içində üzən zabitlərimiz oldu. Azərbaycanın milyonlarını talayaraq özlərinə varidat yığan bəzi məmurların övladları isə xarici dövlətlərdə öz keflərindən belə qalmadılar. 

Vətən savaşı bitti, hələ ki, sakitlikdir. Lakin qəhrəmanlıq göstərən qazilərimizə, əsgər və şəhid ailələrinə hələ də biganəlik hökm sürməkdədir.  Bütün bunlar ictimaiyyətə məlum olan faktlardır. Bu barədə hər gün sosial şəbəkələrdə məlumatlar paylaşılır. İnanaq ki, Qalib ölkənin Qalib Sərkərdəsi tez bir zamanda lazımi tədbirlər həyata keçirərək bu haqsızlığa son verəcək. 

 

Məsələ təkcə bununla bitmir. 

Son vaxtlar əhali arasında haqlı narazılıq artmaqdadır. Bu narazılıq ən çox yaşamaq uğrunda mübarizə aparan çoxsaylı vətəndaşlar arasında müşahidə olunur. Əlbətdə ki, yalan danışıb həqiqəti gizlətməyin yeri yoxdur. Əhalinin çoxsaylı aztəminatlı təbəqəsi aclıqdan əziyyət çəkir. Məmurlardan dəstək görməyən vətəndaş mediyaya üz tutur. Sanki mediyanı özlərinə bir ümid yeri kimi qəbul edirlər. Mediyanın əlindən isə ictimailəşdirməkdən başqa bir şey gəlməz. 

Xəstə olan uşağının ağrılarına tab gətirməyən valideyin sosial şəbəkələrə üz tutur ki, bəlkə dərdinə çarə tapa. Çünki səsinə səs verən bir məmur bu ölkədə tapılmır. Pandemiya və iş yerlərinin olmaması səbəbindən işsiz qalan, iş tapa bilməyən, dükanlara, banklara borclu olan, hər gün sıxıntı içində yaşayan, bir çörəyə möhtac qalan  vətəndaş nə etdiyini, hara gedəcəyini, dərdini kimə ərz edəcəyini bilmir. Məmur vətəndaş münasibəti çox acınacaqlı vəziyyətdədir.  

 

Əhalinin həyat şəraitinin yaxşı olması, bu istiqamətdə şişirdilmiş rəqəmlərlə hökumətə hesabatlar təqdim edib ölkə rəhbərliyinə yalan məlumatları təqdim edib biz kimi aldatmaq istəyirik. Hər şey göz qabağındadır.  Hər gün baş verən intiharlar, oğurluq hadisələri və digər cinayətlərin artama səbəbləri, vətəndaşı heçə sayan məmura qarşı vətəndaş etirazı, bizə hansı vəziyyətdə yaşamağımızdan xəbər vermirmi?

Bəli acı da olsa deməliyik ki, ölkədə baş qaldıran işbazların vəziyyətrdən sui - istifadə edərək ölkədə sünü bahalaşma yaratması, aidiyyatı qurumların susması, vətəndaş müraciətlərinə reaksiya verilməməsi və bu kimi digər hər kəsə açıq olan hallar, əslində ölkə rəhbərliyinə qarşı yönələn xoşagəlməz məmur siyasıtidir. 

Mövzu haqqında uzun uzadı danışmaqla məsələ həll olan deyil.  Milli Məclisdə oturan deputatların bəziləri bu barədə danışsalar da , əslində nəticənin olmaması özü sübut edir ki, bu  gözdən pərdə asma siyasətidir. 

 

Hökumət  təcili təxirəsalmaz tədbirlərə başlamalıdır.  Uşaq pulları birmənalı şəkildə bərpa edilməlidir. Çoxsaylı aztəminatlı təbəqələrə diqqət xüsusilə artırılmalıdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində təcili işlər görülməlidir. Əhali arasında narazılığın yaranma səbəbləri təxirəsalmadan ciddi şəkildə araşdırılmalı və lazimi tədbirlər görülməlidir.  Ölkədə narazılıq yaradan məmurlar müəyyənləşdirilməli və dərhal barələrində ölçü götürülməlidir. 

Ölkədə sabitliyin qorunması, Qalib ölkə nüfuzunun mühafizəsi, əhalinin rifah halının yaxşılaşdırılması, birinci növbədə vətəndaş məmur münasibətlərinin normallaşmasından asılıdır.  

 

Sözüm bəzi məmurlaradı ! Yalan danışmaqla, şişirdilmiş rəqəmləri işıqlandırmaqla, haqqını tələb edən vətəndaşın ağzına möhür vurmaqla, ölkə rəhbərinə "hər şey yaxşıdı" deməklə özümüzü aldatmayaq. Gəlin Azərbaycanımızı inkişaf etdirək. Azərbaycan vətəndaşına xidmət edək. Ölkə rəhbərinin siyasətinə kölgə salmayaq.  Vətəndaşın yanında olaq, dəstək göstərək, müraciətlərinə anında reaksiya verək və yaranan problemləri həll edək.  "Mən nə deyirəmsə, o da olmalıdır" prinsipindən əl çəkək. Zülmə boyun əymək, zalimin zülmünü sükutla qarşlamaqdan böyük günah ola bilmıəz!

Bizim hər birimizi yaradan bir varlıq var, o da tək olan Allahdır.  Yer də onundur, göy də onundur !

Allah yardımçımız olsun. 

Bizdən yazmaq, dəyərli oxucularımıza isə paylaşmaq düşər !

Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan