Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var
Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var
Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

ÜMİDTV: Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Şamil Musayev və daha 1 nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.