"YAŞAT": Bu günədək 5 505 şəxs öhdəliyə götürülüb

"YAŞAT": Bu günədək 5 505 şəxs öhdəliyə götürülüb

"YAŞAT": Bu günədək 5 505 şəxs öhdəliyə götürülüb

ÜMİDTV:     Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

"Fond tərəfindən indiyədək 2 881 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 5 505 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2 586 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 128-dir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.