Azərbaycanda 2 457 yeni yoluxma qeydə alınıb, 2 002 nəfər isə sağalıb

Azərbaycanda 2 457 yeni yoluxma qeydə alınıb, 2 002 nəfər isə sağalıb

Azərbaycanda 2 457 yeni yoluxma qeydə alınıb, 2 002 nəfər isə sağalıb

ÜMİDTV:   Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib. 31 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, bu günə qədər isə ümumilikdə 3 040 386 test icra olunub.