Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusdan ölüb

Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusdan ölüb

Azərbaycanda son sutka ərzində 15 nəfər koronavirusdan ölüb

ÜMİDTV:     Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

 

Aktiv xəstə sayı isə 17 897 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.