Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub
Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub
ÜMİDTV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
“Haber Global”ın Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən yaydığı məlumatına əsasən, ölkə liderləri arasındakı söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı perspektivləri, həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.