ABŞ dənizçiləri Çin və Rusiya silahı daşıyan gəmini saxlayıb
ABŞ dənizçiləri Çin və Rusiya silahı daşıyan gəmini saxlayıb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Monterey” raket kreyseri Ərəbistan dənizində tanınma nişanları olmayan gəmini saxlayıb.
HDQ-nin beşinci donanmasının “Twitter” səhifəsindən yayılan məlumata görə, gəmiyə baxış zamanı Rusiya istehsalı olan tank əleyhinə idarəolunan raketlər, Çin istehsalı avtomatlar, pulemyotlar, snayper tüfəngləri və qumbaraatanlar aşkar olunaraq müsadirə edilib.
Qeyd olunan silahlar hazırda utilizasiya olunmaq üçün ABŞ-a məxsus anbarlara yerləşdirilib. Gəmi heyəti isə sorğu-sual edildikdən sonra qida, su və digər lazımi vasitələrlə təmin olunub.
Gəmidəki silahların yəmənli muzdlular üçün nəzərdə tutulduğu güman edilir.