Hindistanda koronavirus dəhşətinin səbəbi məlum oldu
Hindistanda koronavirus dəhşətinin səbəbi məlum oldu
Hindistanda mart və aprel ayında milyonlarla yerli dindar həftələrlə davam edən “Kumb Mela” festivalında iştirak edib.
“Haber Global” məlumat verir ki, hindlilərin 12 ildə bir dəfə keçirilən ən müqəddəs bayramları ölkədə koronavirusun ikinci dalğasına təsadüf edib.
Qanq sularında yuyunaraq günahlarından qurtulacaqlarını hesab edən insanlar əslində Hindistanda koronavirusa yoluxma və ölümün artmasına yol açıblar.
Festivalın ən önəmli günü olan 12 apreldə 3 milyona qədər insan maskasız və sosial məsafə gözləmədən Qanq çayına girib.
Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, festival zamanı ictimai nəqliyyatdan kütləvi istifadə də virusun yayılması sürətlənib.