Azərbaycanda qolbaq daşıyan məhkumların sayı açıqlandı

Azərbaycanda indiyədək 4684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Azərbaycanda qolbaq daşıyan məhkumların sayı açıqlandı

ÜMİDTV.com:      Ədliyyə Nazirliyinin məlumatına görə, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 536 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Hazırda elektron qolbaq daşıyan 3148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.