İsrail Qəzzadakı beynəlxalq media mərkəzinə zərbə endirib

İsrail Qəzzadakı beynəlxalq media mərkəzinə zərbə endirib

İsrail Qəzzadakı beynəlxalq media mərkəzinə zərbə endirib

İsrail HHQ Qəzza zolağındakı beynəlxalq media mərkəzinə zərbə endirib.

“RİA Novosti” bildirir ki, binada “Associated Press” və “Al-Jazeera” kimi beynəlxalq yayım təşkilatlarının ofisləri yerləşirmiş.

Zərbə nəticəsində bina tamamilə uçub.

Qeyd olunub ki, zərbədən öncə İsrail tərəfi binanın hədəfə alındığı barədə xəbərdarlıq edib.

Məhz bunun sayəsində beynəlxalq KİV əməkdaşları binanı vaxtında tərk edə biliblər.

İsrail ordusundan verilən xəbərə görə, bina HƏMAS tərəfindən gizli silah anbarı kimi istifadə olunub.