Neymar silahlı hücumun təşkilində ittiham olunub
Neymar silahlı hücumun təşkilində ittiham olunub
PSJ-nin hücumçusu Neymar Braziliyada silahlı hücumun təşkilində günahlandırılıb.
Sports.ru xəbər verir ki, ona qarşı ittihamı yerli deputatın köməkçisi və LGBT fəalı Aqrepino Maqalyaes irəli sürüb. San-Paulu məhkəməsinə müraciət edən Maqalyaes bildirib ki, futbolçu ona qarşı silahlı hücum təşkil edib, Neymarın vəkili isə ölümlə təhdid edərək, onu satın almağa çalışıb. Buna səbəb isə deputat köməkçisinin ulduz oyunçuya dair apardığı araşdırma səbəb olub.
İttihamçı qeyd edib ki, məhz Neymarın tapşırığı ilə ona qarşı silahlı soyğun olub, telefonu əlindən alınıb. Maqalyaes işindən ayrılıb və gizlənməyə məcbur olub.
O, futbolçudan 155 min avro təzminat tələb edib.