Türkiyədə daha 223 nəfər koronavirusdan öldü
Türkiyədə daha 223 nəfər koronavirusdan öldü
Türkiyədə son 24 saatda koronavirusa 10 512 yeni yoluxma qeydə alınıb.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutkada qardaş ölkədə 223 nəfər koronavirusdan ölüb.
Ölənlərin ümumi sayı 44 mini keçib.