Ümid Teleradio Yayım Şirkəti, nöqsanlara yol verən işçilərlə bağlı son qərarı 19 iyun tarixdə ELAN EDƏCƏK

Ümid TRYŞ-ti Xüsusi karantin rejimi dövründən sui istifadə edib teleşirkətlə aralarında bağlanan müqavilə öhdəliklərini pozduğuna görə barələrində müvafiq qərarın qəbul ediləcəyi gözlənilir.

Ümid Teleradio Yayım Şirkəti, nöqsanlara yol verən işçilərlə bağlı son qərarı 19 iyun tarixdə ELAN EDƏCƏK

ÜMİDTV.com:        Ümid Teleradio Yayım Şirkəti məlumat üçün bildirir ki, ölkədə tətbiq olunan Xüsusi karantin rejimində, iş saatları qadağan olunmuş müddətlər istisna olmaqla, işçilərin üzərinə götürdükləri müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı, bütün işçi heyyətinin məlumatlandırılmasına baxmayaraq, sözügedən işçilər karantin rejimindən sui istifadə edərək üzərinə götürdükləri vəzifə səlahiyyətlərini icra etməməkdədirlər. 

Şirkət rəhbərliyinin sonuncu rəsmi yazılı xəbərdarlığına baxmayaraq, bəzi işçilər ümumiyyətlə həmin rəsmi xəbərdarlıqdan sonra da məsuliyyətsizlik nümaiş etdirərək, eyni nöqsanlara yol verməkdə davam edirlər. 

Nəticədə şirkətin tabeliyində olan Ümid Tv Azərbaycan kanalının, eyni zamanda rəsmi saytları olan utvxeber.com və digərlərinin  iş fəaliyyəti demək olar ki, dayanmış durumdadır.  Yaranan vəziyyət üzərinə öhdəlik götürən  işçilərin məsuliyyətsizliyi, işə laqeyid yanaşması nəticəsində baş vermişdir. Bəzi işçilərin bu məsuliyyətsizliyi şirkətin zərərə uğramasına gətirib çıxarmışdır. 

Göstərilən səbəblər şirkətin rəhbərliyini, həmin işçilər barəsində ciddi tədbir görməyə və yol verdikləri ciddi nöqsanlara görə işdən azad edilməsinə sövq etmişdir. 

Onu da qeyd etməyi zəruri hesab edirik ki, işçi icazə verilən iş saatlarında evdə və ya rayonda oturmalı deyil, iş yerində iş başında olmalıdır. Sonuncu xəbərdarlıqda (hər bir işçiyə göndərilib) işləmək istəməyən işçilərə işdən azad edilmələri barədə müraciətləri təqdim etməklə xidməti vəsiqələrini təhvil vermələri tələb olunub. Lakin məsuliyyətsizlik nümaiş etdirən bəzi işçilər bu günə qədər qoyulan tələblərə əməl etməmişlər. 

Ümid TRYŞ-ti son olaraq,  Daxili İntizam Qaydalarını, Nizamnamə tələblərini, Müqavilə öhdəliklərini ciddi  şəkildə pozaraq nöqsanlara yol verən işçilərə,  16 iyun 2020-ci il tarixdən 19 iyun 2020-ci il tarixədək şirkətin mərkəzi ofisinə gələrək izahat vermələrini, xidməti vəsiqələrini təhvil vermələrini tələb edir. 

Əks halda həmin işçilərlə bağlanan müqavilələr birtərəfli qaydada ləğv ediləcək və nöqsanla işdən azad olmaları barədə müvafiq ƏMR imzalanacaq. 

Şirkətin rəsmi saytında bu məlumatın yerləşdirilməsi isə, Xüsusi karantin rejimi müddətində nöqsana yol verən işçinin işdən azad olunmasına aidiyyatı Dövlət Təşkiltının mənfi münasibət bildirməməsi, həmçinin işçinin "məlumatım olmayıb" kimi bəhanələrinin qarşısının alınması üçündür. 

Qeyd:

* İşçi bilməlidir ki, yol verdiyi ciddi nöqsanlara görə Əmrlə işdən azad olunması, onun gələcəkdə peşə ixtisası üzrə işləyə bilmək imkanlarını tam məhdudlaşdırır. 

* İşçinin yol verdiyi ciddi nöqsanlar dedikdə, şirkətlə işçi arasında bağlanan müqavilədə işçiyə həvalə edilmiş vəzifə borclarının vaxtında və ya ümumiyyətlə icra etməməsi, DİQ-nın və Nizamnamə tələblərinin, həmçinin Əmək Qanunvericiliyinin müvafiq normalarının pozulması başa düşülür. 

- UmidTv-nin rəsmi saytında dərc olunan və məlumat üçün işçilərə göndərilən rəsmi xəbərdarlıqları ciddiyə almaları işçilərdən tələb olunur !

Ümid TRYŞ MMC-nin prezidenti Rəhman Cəbiyev