“Rəngli Oyun Dünyam lahiyəsi” start götürür

“Rəngli Oyun Dünyam lahiyəsi” start götürür

“Rəngli Oyun Dünyam lahiyəsi” start götürür

e-Twinning portalı çərçivəsində İstanbul Ataşəhər Ali Nihat Tarlan ibtidai məktəbinin müəllimi Filiz Ersarı və Diyarbəkir Yenişəhər rayonu Mehmetçik ibtidai məktəbinin müəllimi Sedat Çiçeyin rəhbəri olduğu Türkiyə və Azərbaycan müəllimlərinin ortaq layihəsi.
Layihənin məqsədi web 2.0 alətləri ilə şagirdlərə öyrədici oyunlar öyrətmək, qrup oyunlarına qatılaraq birlikdə çalışmaq, öyrənilən mövzuları oyunla möhkəmləndirmək, öyrənmə fərqliliyini azaltmaqdır.Layihə ortaqlarından biri Azərbaycandan qatılan yeganə iştirakçı müəllim Lamiyə Ələsgərovadır.Lamiyə Ələsgərova Bakı şəhəri, 255 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. 5 ay davam edən layihə çərçivəsində Lamiyə müəllim də digər layihə ortaqları kimi bu layihə üçün öz töhfələrini vermişdir. Bu müddət ərzində layihə ortağı olan müəllimlər müxtəlif online vebinarlar keçirmiş, şagirdlərin iştirakı ilə müxtəlif peşədən olan qonaqlar dəvət etməklə görüşlər keçirmişlər. Hər görüşdən sonra da müəllim və valideyn dəyərləndirməsi təşkil etmişlər.Layihənin başa çatmasına artıq az bir müddət qalmışdır.