Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkün anadan olmasının 102-ci ildönümü qeyd olunub
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkün anadan olmasının 102-ci ildönümü və Gənclər və İdman bayramı qeyd olunub.
Tədbirdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Haimiyyətinin rəsmiləri iştirak edib. Tədbirdə çıxış edənlər hər il 19 May tarixində qeyd olunan “Atatürkü Anma, Gənclər Və İdman Bayramı” tarixindən danışıb. Bildirilib ki, 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib.
Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bu günün önmənin böyük sübutudur.Tədbirdə həmçinin Azərbaycan və Türkiyə qardaşlığına da toxunulub. Dahi Atatürkün hər zaman Azərbaycanın yanında olduğu,hər iki ölkə arasında qardaşlıq bağının hər zaman davam etdiriləcəyi vurğulanıb.
Anım mərasimində həmçinin Gəncə Uşaq Evinin sakinləri Atatürkə həsr olunan şeirlər səsləndiriblər.