Ağdamda intihara cəhd olub
Ağdamda intihara cəhd olub
Ağdamda 23 yaşlı gənc zəhərli maddə içərək intihara cəhd edib.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Qəsəbə sakini Abdullayev Nurlan Mehman oğlu yaşadığı evdə gəmiriciləri məhv etmək üçün istifadə olunan məhlulu içib.
N.Abdullayev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.