Həkimin uşaqlıq hobbisi ailəsini milyonçu etdi
COVID-19-dan vəfat edən həkimin uşaqlıq hobbisi ailəsini milyonçu edib.
Bu barədə “The Mirror” xəbər yayıb.
Məlumata görə, Floridadan olan nevroloq Tomas Nyuman 40 ildən çox, beysbol kartları və digər idman xatirə əşyaları toplayıb. O, 1980-ci ildən hər yay ABŞ-ı gəzərək kolleksiyaçıların konvensiyalarında iştirak edib.
2021-ci ilin yanvarında həkim 73 yaşında koronavirusdan vəfat edib. Qohumlar Nyumanın topladığı əşyaları qiymətləndirmə üçün verəndə kolleksiyasının 13 milyon dollardan (22,1 milyon manat) çox ola biləcəyi ortaya çıxıb. Təkcə beysbol oyunçusu Beyb Rutun təsvirinin olduğu 1933-cü ilə aid kart 3,6 milyon dollar (6,1 milyon manat) dəyərində hesablanıb.
Mütəxəssislər Dr.Nyumanın kolleksiyasının tarixin ən yaxşı kolleksiyalarından biri olduğunu bildiriblər.