Vətən Müharibəsi Qəhrəmanı da güzəştli mənzil əldə edə biləcək - RƏSMİ
Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, güzəştli ipoteka krediti almaq və müvafiq Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub.
Belə ki, gənc ailə (yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn) üzvü olan “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri-arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.
Yeni kateqoriyaya aid şəxslər 27 may 2021-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.