Rusiyada polis özbaşnalığı: Azərbaycanlı başından güllələndi - FOTO
Rusiyada polis saxlanılan şəxsin başından təsadüfən güllələyib.
“Mash” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb.
Bildirilir ki, hadisə Novosibirskdə qeydə alınıb. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Kadrlardan görünür ki, sürücü şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparılır. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil adlı şəxs polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bütün baş verənləri isə digər sərnişin telefonunun kamerasına çəkib. Kadrlarda gəncin güllələnməzdən əvvəl polislə azərbaycan dilində danışdığı görünür.
Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.