“Reuters” Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından yazıb

“Reuters” Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından yazıb

“Reuters” Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından yazıb

“Reuters” informasiya agentliyi bu gün Kəlbəcər rayonunda baş vermiş mina partlayışı və onun nəticələri barədə məlumat dərc edib.

Xəbər Azərbaycan Baş Prokurorluğuna istinadən yayılıb.

Bildirilib ki, Azərbaycanın Kəlbəcər rayonunun “noyabr ayında etnik erməni hərbi qüvvələri tərəfindən boşaldılmış ərazisində” mina partlayışı baş verib.

“Hadisə nəticəsində iki jurnalist və yerli məmur həlak olub. AzTV-nin operatoru və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri nəqliyyat vasitələrinin tank əleyhinə minaya düşməsi nəticəsində ölüb. Həmçinin, dörd nəfər də yaralanıb”, -deyə məlumatda qeyd olunub.

Hadisənin Azərbaycan-Ermənistan sərhəddindəki münaqişə səbəbindən bölgədə gərginliyin artdığı bir dövrdə baş verdiyi vurğulanıb.