ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı bəyanat verib

ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı bəyanat verib

ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı bəyanat verib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından dərin narahatlığını bildirib.

Bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.

“Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü xəbər dəhşətlidir və mən onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm”, – T.Ribeiro vurğulayıb.

ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.