Sahibə Qafarova Britaniyanın nümayəndə heyətinə Ermənistanın terrorçu əməllərindən danışdı

ÜMİDTV: Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə parlamentin spikeri bildirib ki, İngiltərə hökuməti ərazi bütövlüyü məsələsi də daxil olmaqla həm ikitərəfli, həm də çoxtərəfli formatda prinsipial məsələlərdə Azərbaycan Respublikasının mövqeyini dəstəkləyir.
Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü yerinə yetirib.