Ərdoğan NATO qərargahında Consonla görüşdü

Ərdoğan NATO qərargahında Consonla görüşdü

Ərdoğan NATO qərargahında Consonla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında NATO sammiti çərçivəsində görüş keçirilib.

 

Bu barədə “Haber Global” məlumat yayıb.

 

Liderlərin görüşü 25 dəqiqə çəkib. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, AKP sözçüsü Ömər Çelik və NATO Parlament Assambleyasının Türkiyə Qrupunun sədri Osman Aşkın Bak da iştirak edib.