Yunanıstanda bir həftədə ikinci tətil - FOTO

Yunanıstanda bir həftədə ikinci tətil - FOTO

Yunanıstanda bir həftədə ikinci tətil - FOTO

Yunanıstanın paytaxtı Afinada ictimai nəqliyyat sektorunda çalışanlar tətil elan edib.

“Reuters” xəbər verir ki, etiraz aksiyası əmək qanunvericiliyi islahatını nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsi ərəfəsində baş verib.

Həmkarlar ittifaqları belə hesab edir ki, islahatlar iş saatlarının uzanması və işçilərin hüquqlarının azalmasına gətirib çıxaracaq.

Məlumata görə, tətil səbəbindən şəhərdə nəqliyyat infrastrukturu iflic olub.

Qeyd edək ki, həmkarlar ittifaqlarının pandemiyadan sonrakı ilk kütləvi etiraz aksiyası iyunun 11-də baş tutub.