Gürcüstanda zəlzələ olub
Gürcüstanda zəlzələ olub
Gürcüstanın cənubunda, paytaxt Tbilisidən 176 kilometr məsafədə zəlzələ baş verib.
Bu barədə “Sputnik” Gürcüstan məlumat yayıb.
3,2 bal gücündə zəlzələ Samtsxe-Cavaxetiya bölgəsində yerləşən Ninotsminda şəhərindən 12 kilometr şərqdə qeydə alınıb.
Bildirilir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.