Vəkillər ağlabatan miqdarda cərimə edilə bilər

Vəkillər ağlabatan miqdarda cərimə edilə bilər

Vəkillər ağlabatan miqdarda cərimə edilə bilər

ÜMİDTV:          Məhkəmə cərimələrinin məbləği artırılır.

Bu barədə məlumat Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə qeyd olunub.

 

Qeyd olunub ki, məhkəmənin nüfuzunun qaldırılması, habelə işlərə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən halların aradan qaldırılması məqsədilə məhkəmə cərimələrinin məbləği artırılır:

 

“Məcəllənin 78.4-cü maddəsinə əsasən, tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək (əvvəl iki yüz iyirmi manatadək olub) miqdarda cərimə olunur.

 

174-cü maddəyə əlavə edilən 5-ci bəndə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsait və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir”.