Şəhid Elməddin Həsrətovun nəşi ailəsinə təhvil verilib

Şəhid Elməddin Həsrətovun nəşi ailəsinə təhvil verilib

Şəhid Elməddin Həsrətovun nəşi ailəsinə təhvil verilib

ÜMİDTV:    Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Həsrətov Elməddin Sərdar oğlunun nəşi ailəsinin yaşadığı ünvana gətirilib.

Onunla vida mərasimi keçirilir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

 

Şəhid vida mərasimindən sonra Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.

 

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub. O, ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

 

E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi.

Allah rəhmət etsin!