ÜMİDTV-NİN 4 ƏMƏKDAŞI İŞDƏN UZAQLAŞDIRILDI

ÜMİDTV.com: Məlumat üçün bildirilir ki, Ümid TRYŞ MMC-nin nəzdində fəaliyyət göstərən Ümid Tv Azərbaycan kanalında və rəsmi xəbər portalı olan utvxeber.com saytında çalışan 4 işçinin işdən uzaqlaşdırılması barədə şirkətin rəhbərliyi tərəfindən Əmr imzalanıb.
Qeyd olunur ki, işdən uzaqlaşdırılan işçilər Xüsusi karantin rejimi dövründə və digər günlərdə üzərinə götürdükləri vəzifə öhdəliklərini icra etməmiş, edilən şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışlar. Bununla da həmin işçilər teleşirkətin daxili Nizamnamə tələblərini, DİQ-nı, Müqavilə şərtlərini və Əmək Qanunvericiliyinin tələblərini pozmuşlar.
Həmin şəxslər barədə qəbul edilən Əmr onların ünvanlarına rəsmi poçt vasitəsilə göndəriləcək və xidməti vəsiqələrini təhvil verməkdən yayınanlar barədə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət olunacaq.
QEYD: Son dəfə olaraq işdən uzaqlaşdırılan işçilərə, müvafiq Əmri aldıqları müddətdən etibarən şirkətin mərkəzi ofisinə gələrək dərhal xidməti vəsiqələrinin təhvil verilməsi tələb olunur.
İşdən uzaqlaşdırılan işçilərin siyahısı hər birinə elektron qaydada göndəriləcək.
ÜMİD TRYŞ MMC-nin rəhbərliyi