Salyan rayon prokurorluğundan arvadını öldürən şəxslə bağlı AÇIQLAMA

Salyan rayon prokurorluğundan arvadını öldürən şəxslə bağlı AÇIQLAMA

Salyan rayon prokurorluğundan arvadını öldürən şəxslə bağlı AÇIQLAMA

ÜMİDTV:      Salyan Rayon Prokurorluğu məlumat yayıb.

İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Salyan Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.