Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup sərhədçi ehtiyata buraxıldı
ÜMİDTV: Bu gün Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.
DSX-dən verilən məlumata görə, tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.
Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə şəkilləri çəkilib və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.