Şüvəlanda dənizdə boğulmuş 16 yaşlı qızın meyiti sudan çıxarılıb
Şüvəlanda dənizdə boğulmuş 16 yaşlı qızın meyiti sudan çıxarılıb
ÜMİDTV: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində bir nəfər dənizdə (nəzarətsiz ərazi) batıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-cı il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.