VƏTƏNDAŞ AKKORDDAN ŞİKAYƏTÇİDİR - AZALDILAN SAHƏNİN PULU NİYƏ QAYTARILMIR?

VƏTƏNDAŞ AKKORDDAN ŞİKAYƏTÇİDİR - AZALDILAN SAHƏNİN PULU NİYƏ QAYTARILMIR?

VƏTƏNDAŞ AKKORDDAN ŞİKAYƏTÇİDİR - AZALDILAN SAHƏNİN PULU NİYƏ QAYTARILMIR?

ÜMİDTV:        Artıq neçə ildir ki,  tikinti şirkətləri ilə  vətəndaşlar arasında baş verən problemələrdən hər birimiz xəbərdarıq.  Bu dəfə də redaksiyamıza Akkord General Construction MMC-yə qarşı daxil olan şikayəti araşdıracağıq.

 

Vətəndaş Dünyamalıyev Emin Hüseynağa oğlu ÜmidTv Azərbaycan kanalına müraciət edərək,  Sabunçu rayonunun Bakıxanov qəsəbəsində inşa edilmiş, Akkord General Construction MMC-nin layihəsi olan Uğur-2 Yaşayış Kompleksindən kredit yolu ilə 66.31 kv/m olan mənzil aldığını, Texnikabank ASC-e tərəfindən 66.31 kv/m-lik ümumi sahənin dəyərində pulun həmin şirkətə tam ödənildiyini, özü tərəfindən hər ay bankın kredit pulunu məhz həmin kvadrat metrə uyğun ödənildiyini, lakin ona rəsmi Çıxarış verilən zaman isə mənzilin ümumi sahəsinin 54.10 kv/m olduğunu, ümumilikdə mənzil sahəsindən 12.21 kv/m-in azaldıldığını, müraciət etdiyi halda azaldılan sahəyə görə artıq ödənilən pulun qaytarılmadığını bildirir. 

 

Qeyd edək ki, araşdırma davam etdiyindən, hələ ki, məsələyə münasibət bildirmək istəmirik. 

Məsələ ilə bağlı Akkord General Construction MMC-nin rəsmi saytında göstərilən 012:404 77 77 əlaqə nömrəsinə zəng etsək də zənlərimzə cavab verən olmadı. Bu səbəbdən də məsələyə aydınlıq gətirmək üçün həmin şirkətin elektron poçt ünvanına, bizə təqdim olunan zəruri sənədlər fayl şəklində əlavə etməklə sorğu göndərdik. 

İnanırıq ki, qarşı tərəf sorğumuzu vaxtında cavablandıracaq və məsələ ilə bağlı iddiaya tam aydınlıq gətiriləcək. 

 

İddia demişkən, vətəndaşın təqdim etdiyi sənədlərdən açıq-aydın görünür kİ, vətəndaşla bağlanan müqavilələrdə və mənzilin təhvil-təslim aktında  mənzilin ümumi sahəsi 66.31 kv/m göstərilib. Lakin vətəndaşa mənzilin Çıxarışı təqdim olunarkən mənzilin ümumi sahəsi 54.10 kv/m göstərilir.  Yəni ümumi razılaşdırılmış sahədən 12.21 kv/m azlıq təşkil edir.   

 

Şikayətçinin haqlı narazılığını nəzərə alaraq  qarşı tərəfin mövqeyini aydınlaşdırmaq məqsədilə həmin şirkətə göndərdiyimiz sorğunun cavabı alındıqdan sonra məsələyə yenidən qayıdacağıq.  İnanırıq ki, qarşı tərəf sorğunu vaxtında cavablandıracaq. 

 

Mövzunu diqqətdə saxlayacağıq.

Ümid tv Azərbaycan / Gündəm