Bəlkə bu dəfə fətvanı biz verək?

Bəlkə bu dəfə fətvanı biz verək?

Bəlkə bu dəfə fətvanı biz verək?

Kubra Məhərrəmova yazır...

Bayaqdan birinə başa sala bilmirəm ki, mən də İsveçrə kimi ölkədə yaşamaq istəyirəm. Mən də istəmərəm ki, büdcənin böyük hissəsi müasir silahlanma və sursat üçün xərclənsin. Amma seçimim yoxdur. Son qəpiyimə kimi xərcləyib, silah almalıyam.

Çünki mənim qonşum İran və Ermənistandır, Avstriya, Fransa, İtaliya, Lixtenşteyn və Almaniya deyil. O İran ki, “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” deyir və dediyini edir. Dünənə kimi Azərbaycanın ərazisində qanunsuz məskunlaşan ermənilərə yük daşıyır. Silahdan alt paltara qədər...

Azərbaycanın Xarici İşlər Nazirliyinin İranın Azərbaycandakı səfirinə nota verməsi də o deməkdir ki, hər şeyi görür və bilirik. Biz nə qədər diplomatik yolla sizi dinə-imana gətirmək istəsək də, sizdən adam olmayıb, olmayacaq da.

Üstündən iki gün keçməsinə baxmayaraq, İran hələ də notaya cavab verməyib. Xəbis fars xisləti olaraq, yenə də salam altından su yeridirlər. 

Ermənilər isə 44 günlük müharibə nəticəsində ölülərinin siyahısını tam təyin etməmiş yenə də başını cəncələ soxur. Erməni KİV-də hər gün Qarabağda döyüşən erməni hərbçilərin yaxınlarının şikayətini görürük. Çünki ortada yüzlərlə nə dirisi, nə də ölüsü olmayan erməni hərbçi var.

Qeyd etməliyəm ki, avqustun 12-si saat 21:26-da Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Hamımız bilirik ki, bu nə ilk, nə də son atəş deyil. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Və bütün bu reallıqda kimsə mənə israrla sübut etməyə çalışır ki, Azərbaycan dövləti hərbi xərclərə milyardlarla pul xərcləyir. Əgər bunu başqa sahələrə xərcləsəydi, indi İsveçrə olardı. 
Açığı mən də razıyam. Amma bir şərtlə: İran və Ermənistan coğrafi baxımdan yox olmalıdır. Sizcə alınar? Bəlkə bu dəfə fətvanı biz verək? Ya da elə bir sehr edək ki, bu qonşular ölkə qarışıq yox olsunlar Şimal qütbünə. Gülməlidir, deyilmi?

Ona görə də xarici ölkələrdə oturub, ağıllı-ağıllı danışan adamlara səslənirəm. Siz orada fars, erməni ilə dostluq edə bilərsiniz, hətta sevgili də ola bilərsiniz. Bir yatağı da bölüşə bilərsiniz. Amma bir gün sizin evinizi də yağmalayacaq bu adamlar. Onda isə mən deyəcəyəm, o farsa, erməniyə xərclədiyin pulu təhlükəsizliyinə xərcləsəydin, indi küçədə qalmazdın. Qapına möhkəm qıfıl vurub, evinə dəmir seyf alsaydın, axmaq olmazdın. 

Mən ölkəmin var gücüylə silahlanmasına tərəfdaram. Mən ordumun var gücüylə ilin 12 ayı təlim keçməsinin tərəfdarıyam. Əgər mənim bunun üçün edə biləcəyim nəsə varsa, düşünmədən edərəm.

Daha bir məlumatı nəzərinizə çatdırım ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın müdafiə və milli təhlükəsizlik üzrə xərcləri açıqlanıb.

Oxu.Az-ın məlumatına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 76 milyon 300 min manat artaraq, 2 milyard 533 milyon 400 min manat icra edilib.

Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aktiv mübarizə mərhələsini bitirsək də, əlimiz hər zaman güclü olmalıdır. Əlimiz hər zaman tətikdə olmalıdır. PUA-larımız hər zaman hazır olmalıdır. Ancaq bu halda bizimlə hesablaşacaqlar. Necə ki, bunu 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə gördük.

Kimsə gəlib dedimi gözün üstə qaşın var? Xeyir! Çünki Ali Baş Komandan illərlə siyasi müstəvidə iş görməsiylə paralel güclü ordu da qurdu. İllərlə ən müasir silahları əldə etmək üçün danışıqlar apardı. Elə düşünməyin ki, silah almaq dükandan qab-qacaq almaq kimi bir şeydir.

Xeyir! Silahı, o ki, qala müasir silahı hər ölkəyə satmırlar. Burada puldan əlavə şəxsi münasibətlər, siyasi və diplomatik razılaşmalar tələb olunur.

Dünən isə Nikol Paşinyan İlham Əliyevlə görüşməyə hazır olduğunu açıqladı.

Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu deyib.

Lakin N.Paşinyan əlavə edib ki, Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir. Görünür nə Paşinyan, nə də erməni xalqı reallığı qəbul edə bilmir.

Anlamır ki, bu gün nə status var, nə təmas xətti var, nə də ATƏT-in Minsk qrupu var. Hər hansı vasitələrlə manipulyasiya etmək də alınmayacaq.

Çünki biz xalq olaraq milli qürurumuzu bərpa etmişik, artıq heç kimdən və heç nədən qorxmuruq. İkincisi də Azərbaycan hökumətinin güclü ordusu və danışıqlar masasında güclü əli var.

İstənilən halda PUA-ları yəhərləyin, igidlər!