DİQQƏT: AĞAYİLƏR HEÇ KİMİ SAYMIR, AKKORTDA NƏ BAŞ VERİR? - FOTOLAR

PAYLAŞAQ: Kİ, BİR-BİRİMİZƏ YARDIMÇI OLAQ.! AĞAYİLƏR HEÇ KİMİ SAYMIR, AKKORTDA NƏ BAŞ VERİR? - FOTOLAR

DİQQƏT: AĞAYİLƏR HEÇ KİMİ SAYMIR, AKKORTDA NƏ BAŞ VERİR? - FOTOLAR

ÜMİDTV:      Ötən həftə saytımızda Akkort  ŞQ-nun Uğur Yaşayış Kompleksində mənzil alan vətəndaşın şikayətini dərc etmişdirk. Vətəndaş  Emin Dünyamalıyev Sabunçu rayonunun Bakıxanov qəsəbəsində inşa edilmiş, Akkord General Construction MMC-nin layihəsi olan Uğur-2 Yaşayış Kompleksindən kredit yolu ilə 66.31 kv/m olan mənzil aldığını, Texnikabank ASC-e tərəfindən 66.31 kv/m-lik ümumi sahənin dəyərində pulun həmin şirkətə tam ödənildiyini, özü tərəfindən hər ay bankın kredit pulunu məhz həmin kvadrat metrə uyğun ödənildiyini, lakin ona rəsmi Çıxarış verilən zaman isə mənzilin ümumi sahəsinin 54.10 kv/m olduğunu, ümumilikdə mənzil sahəsindən 12.21 kv/m-in azaldıldığını, müraciət etdiyi halda azaldılan sahəyə görə artıq ödənilən pulun qaytarılmadığından şikayətlənir.

 

Məsələ ilə bağlı Akkord General Construction MMC-yə rəsmi sorğu ilə müraciət etmişik. Hətta saytlarında yazdıqları telefon nömrəsinə belə zəng etsəkdə cavab verən olmayıb. Rəsmi sorğumuza isə hələ də cavab verilməmişdir.

Görəsən Ağayilər nə fikirləşirlər? Kimə arxayındırlar ki, belə saymamazlıq nümaiş etdirirlər?

 

Ölkə Prezidenti hər zaman çıxışlarında “vətəndaşlar incidilməməlidir”, “ictimai nəzarət gücləndirilməlidir”, “jurnalistlər mənim köməkçilərimdirlər” ifadələrini işlədir. Lakin vətəndaşların pulu ilə özlərinə varidat yığanlar vətəndaşların üzərində hökmranlıq etməklə heç kimi saymaq istəmirlər. Üstəlik medianın rəsmi sorğusuna belə cavab vermirlər. 

Vətəndaş pulunu tələb edir, şirkət isə heç vecinə də almır. Lakin biz səbrliyik, biraz da səbr edəcəyik.  Yoxsa Ağayilərin xətrinə dəymiş olarıq. Ya Səbr deyərək gözləyirik !!!

 

Ardı var....

Ümid Tv Azərbaycan